adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Dekabr 2017 14:50
11777
GÜNDƏM

ALLAHIN İŞİNƏ YAMAN ÇOX QARIŞIRIQ

Bizi Allahmı yaradıb,yoxsa çırt eləyib özümüzyaranmışıq?! Bu müzakirə yüz illərdi gedir, hələ gedəcək də. Bitən mövzudeyil. Bu məsələni qoyduq kənara.

Oxuyuram ki, Zoologiyaİnstitutunun direktoru müsahibəsində deyir ki (çox şey deyir ey, amma mən birindənyapışıram), qadınlar kişilərdən 80 min il əvvəl yaranıb. Məntiqinə bir dıbır kəsim. 80 minil bu qadınlar nə təhər doğub, törəyib,artıb. Özü də doğduqları hamısı qadın olub?! Onlar inoplanetlilərləmi yaşayıbmışlar, yoxsa mələklərlə? Bildiyimizə görə, mələklərinerkəkliyi, dişiliyi yoxdu. Deməli, mələkləri qoyduq bir tərəfə.Qaldı «inoplanetlilər». Nə təhər olur,onların da əkdiklərinin hamısı qız olub.

Bu məsələdə hörmətlialimə bir tutalqa verim, araşdırma aparsın.Bu kosmonavtlar var ha, onlar da kosmosdanqayıdandan sonra bütün əkdikləri qız doğulur.Görünür, kosmosa çıxandan sonra onlar da «inoplanetli» olur. Maraqlı mövzudu, elə deyilmi?

Ayqardaş, gedin elminizlə məşğul olun, bir kəşf edin,bir ixtira edin. Siz Allahın işinə niyə qarışırsınız?

Lətifəsibugünki nömrədə.