Allah şeytana lənət eləsin...

Roma Papasıillər əvvəl bir proqramda demişdi ki, Şeytan şəxsdir, pis varlıqdır. Şeytanladialoqa girmək olmaz. Şeytanla dialoqa girsəniz itərsiniz. O, bizdən daha ağıllıdır. Sizi alt-üst edər, başınızıdöndərər və yoxa çıxarsınız.
Verilişin aparıcısıhəyəcanla soruşmuşdu:
- Şeytanın bir adıvar yəni?
Roma Papası darahatlıqla cavab vermişdi:
- Əlbəttə, adı da,soyadı da var.
Düzü, cənab Papa buad və soyadı demədi, söhbət də unudulub getdi.
O gün MehmanHüseynovun Əli Abdalovla barışıq videosu yayıldı. Hərə bir söz dedi buna. Kimiləribaşını buladı, kimiləri sevindi, kimiləri də dedi ki, bu, mənə qabaqcadan əyanidi.
Orda belə birifadə işlədildi: "Allah şeytana lənət eləsin…”
Şeytanla balası meşədəözlərinə süfrə açıb yemək yeyirlərmiş. Bir az kənarda adamın biri tək-tənha gəzirmiş.Az gedir, düz gedir, axırda ayağı ilişir daşa və tir-tap yerə dəyir. Diziqanayır və ufuldaya-ufuldaya deyir: "Allah şeytana lənət eləsin”
Şeytanın balası təəccübləsoruşur:
- Ata, biz ki burdaoturub yemək yeyirik. Ona bir şey eləmədik. Niyə bizə lənət yağdırdı?
Şeytan gülümsünür:
- Bala, mənim özümburdayam, əlim isə onun yaxasında…
Yəni şeytanınqolları uzundur. Allah həqiqətən də ona lənət eləsin.
Digər Xəbərlər

Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Azərbaycan Rusiyaya NOTA VERDİ
