02 May 2025 12:34
376
DÜNYA

Allah hər itin duasını eşitsəydi, göydən sümük yağardı:Coel Tenninin yalvarışları

Hələ ötən ilin noyabrında xəbər vermişdik ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Yevangelist Kilsəsinin üzvü Coel Tennini Ermənistan üzrə xüsusi təmsilçi təyin edəcək.


Hətta Tenni özünü yeni administrasiyada gördükdən sonra belə bir paylaşım da etmişdi:”ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası Vudro Vilsonun prezidentliyindən bəri ABŞ-da ən ermənipərəst administrasiya olacaq. Biz artıq Azərbaycan və Türkiyənin terror idarəçiliyinə dözməyəcəyik. Mən, Ayova ştatının qubernatoru Kim Reynolds 24 aprel 2024-cü il tarixini Ermənistanın məlumatlandırılması günü elan edirəm”.


Həmin bu - Ermənistan üzrə xüsusi təmsilçi təyin edilən C.Tenni sanki dünyada başqa bir dərdi, kədəri yoxdur. Nə dünyanı cənginə almış təbii fəlakətlər, nə iqtisadi tənəzzül, nə dövlətlərin hazırda bir-birinin ərazisində yaratdığı müharibələr, kütləvi insan qırğınları bu yevangelistin umrundadır. Onun dərdi Ermənistandır, ermənilərdir. Deyir ki, əgər tarix məndən bir şey xatırlayacaqsa, qoy bu olsun: erməni xalqına əsl miraslarını bərpa etmək üçün çalışdım...
Ermənidən daha çox erməni olan bu yevangelist Türkiyədə səfərdə olarkən Ayasofiya məbədinə gedib və orda yevangeleyanın himni hesab edilən mahnılar oxuyub. Məscid kimi istifadə olunan Ayasofiyada namaz qılanlara mane olduğu üçün camidən bayıra çıxarılıb.
Tenni o qədər özünü ermənilərə həsr edib ki, hətta böyük dövlətləri suçlamaqdan da əl çəkməyib.


Onun sosial şəbəkə hesabındakı paylaşımını diqqətinizə çatdırırıq:” “Tarix boyu nə Rusiya, nə də Türkiyə Ermənistana əsl dost olduğunu sübut etməyib. Erməni xalqı imperiya manipulyasiyasından tutmuş soyqırım təcavüzünə qədər hər ikisinin əlində xəyanətə və əzablara dözüb. Ancaq mən Ermənistan və Amerikanın güc və prinsipial olaraq birlikdə dayandığı bir gələcək görürəm, cəsarətli və sarsılmaz bir həll yolunda məsuliyyətimi və vəzifəmi anlayıram. Bizimlə (ABŞ-ı nəzərdə tutur- red-Ə.R) birlikdə Ermənistan yenidən qüdrətli dövlət olacaq”.
Yeri gəlmişkən, sosial şəbəkənin erməni əsilli istifadəçiləri Tenninin bu statusunun altına maraqlı cavablar yazıblar:


Carol Atamian Cloutier:Bu sözü boş verin, çünki siz Amerika administrasiyası xammal mədənləri üçün danışıqlar aparmadıqca Ermənistana kömək etmək üçün harada bir şey edəcəyini görmürəm
Tony Topsakalyan:Joel Tenniy, gəlin real olaq: siyasi cəhətdən Ermənistan və Amerikanın əlbir olması mümkün deyil və buna görə də Ermənistan və xüsusilə vətəndaşları boş vədlərə etibar edə bilməzlər. Çox şey gəldi və getdi, amma heç kəs bu barədə çox şey etməyib. Fransa bu gün qərblə ən yaxın müttəfiqimizdir və onlar erməninin sərhədlərini təmin etmək üçün heç bir şey etməyiblər. Sərhədsiz ölkə ölkə deyil və birinci məqsədimiz ölkəmizin təhlükəsiz və sərhədlərinin təhlükəsiz olmasından əmin olmaqdır. Geosiyasi miqyasda Ermənistanın öz tarixindən və gözəl mədəniyyətindən başqa təklif edəcəyi bir şey yoxdur. Ona görə də heç bir ölkə 100% ermənistanın yanında ola bilməz. Əgər etsəydilər və ya olsaydı, Azərbaycanla bu zibilə düşməzdik.
Armen Khachatryan:Bəlkə də. Kilikiya respublikasını Atatürkə verən fransızlar bizə xəyanət etdi. Sizə gəlincə, Millətlər Liqasında erməniləri qorumaq istəyən və erməniyə mandat alan prezidentiniz , gözəl insan Vudro Vilson vardı . Amma sizin Konqres Türklərlə əlaqələrə üstünlük verərək onu rədd etdi. Baxacağıq, qardaşımız…
Valentina Hristova:Yalanlar və təxribatlar. Dəyərlərin dəyişdirilməsi, ailənin dağıdılması, təhsil sisteminin. Amerikanın edə biləcəyi budur.


Uzun sözün qısası, Coel Tenni nə qədər qabığını dəyişməyə, ermənilərə sədaqətini, sevgisini göstərməyə çalışsa da, artıq ermənilər anlayır ki, qonşuları ilə düzgün yola gedən bilmədikcə, müharibə və münaqişə yaratdıqca heç kim onların yanında olmayacaq. Zatən yaşadılar, gördülər.
Qaldı yevangelist Coel Tenninin İsaya ermənilər üçün yalvarışlarına… Allah hər itin duasını qəbul etsəydi göydən sümük yağardı.

 Əntiqə Rəşid