Alkoqolun koronavirusa təsiri: Alimlər xəbərdarlıq etdi
Yüksək spirt tərkibli alkoqollu içkilərin qəbulu koronavirusu öldürmür, əksinə, immun sistemə mənfi təsir göstərir.
"RİA Novosti” bu barədə "Rospotrebnadzor”a (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) istinadən məlumat yayıb.
Qeyd olunur ki, qorxu və dezinformasiya alkoqolun koronavirusu öldürəcəyi barədə mifin yaranmasına səbəb olub. Qurum spirtli içkilərdənistifadənin, əksinə, insanların xəstəliklərə qarşı həssaslığını artıra biləcəyini vurğulayıb.
"Alkoqol immun sistemə mənfi təsir göstərir və sağlamlıq üçün təhlükə riskini artırır. Odur ki, insanlar istənilən vəziyyətdə, xüsusən də COVID-19 pandemiyası şəraitində alkoqol istifadəsini minimuma endirməlidir”, - qurumdan bildirilib.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15