adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Fevral 2020 09:44
57255
MƏMLƏKƏT

Alimlərin məsləhətindən imtina - Bazardan reportaj

Hazırda yeni bir xəstəlik dünyanıSOS siqnalı çalmağa məcbur edib. Qorxunc xəstəliyin obyekti isə immuniteti zəifolan insanlardı. "Koronovirus”belə insanları az bir zamanda öz təsir dairəsinəsalıb məhv edir. Ümumiyyətlə, istər yeni yayılmış "koronavirus” , istərsə də,digər xəstəliklərin yayılması insanlarıntəbii qidalarla qidalanmamasından irəli gəldiyini beynəlxalq tibb aləmiçoxdan təsdiq edib. Eyni zamanda tövsiyyə olunur ki, hər bir insan gündəlik 400qram (5 porsiya), yəni, həftə ərzində5-7 kiloqram meyvə və tərəvəz qəbul etməlidir. Bəs, bizim vətəndaşlar, təbiiqidaları, xüsusən meyvə və tərəvəzlərivaxtlı-vaxtında rasionlarına əlavə edə bilirlərmi?

Əvvəl vətəndaşlar arasında sorğu keçirmək qərarına gəldik. Sorğumuzun nəticələrindənbelə məlum oldu ki, soydaşlarımız alimlərin məsləhətinə nəinki əməl etmir, hətta simalarında acı bir təbəssümdəgörünür. Cünki onların bir çoxu günəmuzdişlərdə çalışdıqları üçün aldıqları pulu yalnız gündəlik tələbat mallarına (ət,yağ, düyü, vermeşil, pendir, şəkər tozu, qənd, kartof, soğan, yumurta və s. ) xərclədiklərini, digərləri isə maaşın az olduğunu deyərək, əsas ərzaq, geyim və digər qayğılarını gücləyoluna qoya bildiklərini söylədilər. Yaşlı insanlar isə pensiyalarının ancaq dərmana,iynəyə, həkimlərin tapşırığı olan pəhriz yeməklərinə , o cümlədən balıq, toyuqvə digər ərzaq məhsullarına zorlaçatdığını kədərlə söylədilər. Fərhad adlı bir vətəndaş isə gülərək,marşrutun-metronun qiyməti 30, yumurtanın 1 ədədinin 15 qəpik, mal ətinin kilosunun 9 manat olduğu gündənmeyvəyə "tövbə” dediyini, pul vermədiyinisöylədi. "Bəs, immun sisteminizi hansı üsulla gücləndirirsiniz? Xəstəliklərdənnecə yaxa qurtarırsınız?”-sualımıza "Vitamin iynəsi meyvədən ucuz başa gəlir”-deyibuzaqlaşdı. Sərfinaz adlı xanım isə bildirdi ki, ötən il bu vaxtlarda da meyvəbaha idi:” Ümidimizi yaza-yaya bağladıq. Dedik, inşallah bu fəsillərdə bollucameyvə dadarıq. İyun ayında alcanın 1 kiloqramı 3 manataydı. Gilas 2.5-5 manat arası dəyişdi, ərik oldu 6 manat, gilənar (vişnə) 2.5, alma 2 yaxud 5manata satıldı. İndi, ay başına dönüm,de görüm, bu qiymətlə meyvə alıb yemək olarmı, mürəbbə bişirmək mümkündürmü?”



Bəs, bazarda durum necədir?

Maraqlıdır, bazarda meyvələrinqiyməti nə qədərdir ki, əhali onu almağaçətinlik cəkir? Bunu öyrənmək üçün üz tutduq "Kəndimiz” kənd təsərrüfatı məhsullarının satışı bazarına. (Bakışəhəri, 20 yanvar dairəsinin yaxınlığı)Səhər saatları olduğu üçün(təxminən saat 12 radələri) bazarda elə də çox alıcı gözədəymirdi. Orada olduğumuz zaman müşahidə etdik ki, piştaxtayayaxınlaşıb meyvə almaq istəyən alıcılar daqiymətlərdən şikayətlənib, geri çəkilir.


Malların üzərindəki kilo hesabı ilə qiymətlərləmaraqlanırıq: Qaralmış və köhnəlmişnaringilər 1,20, nisbətən təzə və sağlam naringilər 2 manata alıcılara təklifolunur. Kivilər 2, apelsin 2, "siqanka” növ alma 2, "smirinka” 1,30, sarı 1,50,yenə də köhnəlmiş-xarab olmuş cır almalar 70 qəpikdən 1, 20 qəpik arasında dəyişənqiymətə, Göycay narı 2-2,50, armud 1.50-2, heyva 1, (2ədədi), banan 2,30 -2,50və sair qiymətlərə satılır.


Meyvə-tərəvəz satıcısı Rasim meyvələrin qiymətlərinidiqqətlə nəzərdən keçirdiyimizi anlayıb bizə yaxınlaşdı: "Almanın kilosunu 2manata satırsınız? Bu baha deyilmi?”-sualımıza qəribə məntiqlə cavabverdi:”Bacım, alıcının maaşı 1000-1500 manat olsa, 2 manatlıq alma ona bahagörünməz. Sahibkarlar əkib-becərir, biz satırıq. Olan qiyməti budur”.









Adını deməyən qadın-satıcı isəalıcıların çox olduğunu söylədi:”Birdən elə adam gəlir ki, hər meyvədən alır. Hərəsindən4-5 kilo... Hərdəndə "zəif” alıcılar olur, 2 yaxud 3 növ meyvə alır, yalnız hərəsindən bir kiloqram. Hamı eyni dərəcədə ala bilməz ki...”










Özünü Elbrus kimi təqdim edənquru meyvə satıcısı: məhsullarını xeyli tərifləyəndən, onların sağlamlıq üçünfaydalarından danışandan sonra bubazarın Bakı şəhərində ən ucuz bazar olduğunu iddia etdi. Amma hər çeşiddə, hərnövdə olan quru meyvələrin satışının elə də ürək açan olmadığını dilə gətirdi.

Saat artıq 14:00-dı. Alıcıların sayında azacıq artım var. Amma bayaqkı kimi, qiymətlərəbaxırlar, endirim olub-olmayacağını soruşurlar və pıştaxtalardanuzaqlaşırlar...

Bir sözlə,müşahidələrimiz onu göstərir ki, beynəlxalq tibb aləminin tövsiyyəsi Azərbaycanvətəndaşları üçün hələlik havadan asılı qalan bir məsələ olacaq.




Hətta Novruz bayramı yaxınlaşanacan qiymətlərbir neçə dəfə qalxacaq. Novruz bayramında isə qiymətlər, necə deyərlər, "ceyranbelinə” çıxacaq. Hər il olduğu kimi...


Əntiqə Rəşid

Adalet .az