adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 May 2020 11:44
48325
HÜQUQ

Ali Məhkəməyə hakimlər təyin olundu - SİYAHI

Milli Məclisin iclasında Ali Məhkəməyə hakimlər təyin olunması məsələsinə baxılıb.

Adalet.az-ın məlumatına görə, Milli Məclisin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva və Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzov Ali Məhkəmənin hakimləri vəzifəsinə gətiriliblər.

Həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriliblər.

Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin hakimiİspəndiyar Şəfiyev, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbasov, Çingiz Əsgərov, Bəhman Qəribov, Bəhram Məmmədlidə Ali Məhkəmənin hakimləri təyin olunub.

Nicat Novruzoğlu