adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Sentyabr 2017 16:11
9877
SİYASƏT

AL, BU DA SƏNƏ AVROPANIN İNSAN HAQLARI

Fransadauydurma erməni soyqırımına etiraz edənləri 40 avro cərimələyirlər, hələ 1 il həbsdə var. Nə bilim, Belçikadada onun kimi, terrorçuları barındırırlar, nəinki barındırırlar, hətta ofis də verirlər, lazım gələndəsilah da. Türkiyənin nazirlərini ölkəyə buraxmırlar, cümhurbaşkanına öz həmvətənləriilə toplantı keçirməyə icazə vermirlər və sair və ilaxır.

Başlarına bomba tökdükləri,evlərini-eşiklərini yandırdıqları insanlarAvropaya üz tutanda da yığırlar «konslagerlərə».1 milyondan çox insan öz yurdundan-yuvasından didərgin düşür, öz vətənində qaçqın kimi yaşayır,«insan haqları» deyib bağıran Avropa susur. Belə misalları çox çəkib yormaq istəmirəm, onsuzda bilirsiz.

Azərbaycanda 4 nəfərhəbs olunarkən saqqalları qırxılıb, üz tutublarAvropa məhkəməsinə ki, bizim hüququmuzu tapdalayırlar. Yəqin ki, Avropa məhkəməsidə «Azərbaycanda insan haqları pozulur» deyə sinəsini cıraq, hələ bir bizi cərimələyəcəkdə.

Bu gün oxuyuram ki,Avstriya da bir qanun qəbul edib, hicab taxanlarıcəzalandıracaq. İlkin cəza 150 avro.

Al, bu da sənə Avropa demokratiyası, Avropa insanhaqları.