adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Oktyabr 2016 23:15
8944
ŞOU-BİZNES

Aktyor infarkt keçirdi

Bu mövsümdən etibarən "Diriliş Ertuğrul” serialında "Candar Bey” obrazını canlandırmağa hazırlaşan türk aktyor Erden Alkan evində infarkt keçirib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı serialı çəkən "Tekden Film”dən açıqlama verilib.

Şirkətdən bildirilib ki, aktyor əməliyyat edilib və hazırda reanimasiyayadır.

75 yaşlı E.Alkan həkimlərin ciddi nəzarətindədir.