adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Oktyabr 2018 10:20
9307
SİYASƏT

AKP – MHP İTTİFAQI DAĞILDI

Türkiyə siyasətində son günlər baş verən bəzi olaylar 24iyun 2018-ci il seçkilərindən sonra yaranmış və hakim partiyanın maraqlarına qisməndə olsa cavab verən siyasi düzənin pozulmasını labüd edir. Əslində bu düzəninkövrək xarakter daşıdığı əvvəcədən də heç kimə sirr deyildi. Çünki həminpartiyalar həmişə siyasi düşərgənin əks qütblərində yer almış və bir-birlərinəqarşı sərt mövqeləriylə fərqlənmişdilər. HəttaAKP-nin təkbaşına iqtidar olmaq üçündeputat sayını təmin edə bilmədiyi və buna görə də öz tarixinin ən uğursuzseçkisi (yeri gəlmişkən, həmin dönəmdə təşkilatın sədri Əhməd Davudoğluydu) saydığı2015-ci il iyun seçkilərindən sonra da onlar bir koalisiyada birləşə bilmədilər.Həmin vaxt belə bir koalisiya qurmaq hər iki tərəf üçün hava-su kimi lazım idi.AKP-yə iqtidarını davam etdirmək, MHP-yə isə iqtidara gəlməkdən ötrü. Maraqlıdırki, heç vaxt koalisiyasız iqtidara gəlmək şansı olmamış və bundan sonra danəvaxtsa əllərinə belə bir fürsət düşməyəcəyinihamıdan yaxşı bilən MHP rəhbərləri bu birlikdən imtina etdilər.

Ancaq 2018-ci il seçkiləri öncəsi vəziyyətin hədddən artıqsürüşkənliyindən doğan narahatlıq belə bir ittifaqı qaçılmaz edirdi. AKP seçkiləri uduzacağından narahat deyildi,onun narahatçılığı başqa məqamla bağlıydı.AKP istəyirdi ki, Konstitysiya dəyişikliklərindən sonra siyasikaryerasının yeni mərhələsinə qədəm basmağa hazırlaşan liderlərinin qələbəsibirinci turdaca təmin edilsin və onunnüfuzuna kölgə düşməsin. Türkiyə coğrafibaxımdan nə qədər Qərbə yaxın olsa da, ruhu etibarıyla Şərqə bağlıdır, Şərqruhusa belə "incəliklərə” qarşı çox həssasdır. Amma hakim partiyanı öz əzəli rəqibiyləittifaqa təhrik edən təkcə liderlərinin nüfuz məsələsi deyildi, həm də onunyeni, həm də daha səlahiyyətli prezident kürsüsündə rahat oturmasını təmin etməkarzusuydu. AKP yetkililəri yaxşı bilirdilər ki, onların siyasi uğurları təşkilatlarınıngücündən çox liderlərinin populyarlığına bağlıdır. Əvvəllər adamlar AKP-yə "əvət”deyəndə Ərdoğanı düşünürdülər, indisə Ərdoğana AKP-siz də, həm də başqa birbülletendə səs vermək imkanı var idi. Odur ki, prezident seçkilərində Ərdoğanasəs verənlərin heç də hamısı parlament seçkilərində AKP-yə səs verməyəcək, nəticədəpartiya Məclisdə mütləq çoxluğa sahib ola bilməyəcək, zaman-zaman qərarların qəbulundaciddi problemlərlə üzləşəcək və onları çözmək üçün hər hansı kiçik müttəfiqinmüəyyən miqdarda səsinə ehtiyac olacaq.


MHP-nin bu ittifaqda marağısa bambaşqaydı. Xatırlayırsınızsahələ son seçkilərdən təxminən bir il qabaq bu partiyada ciddi parçalanma olmuş,partiyanın rəhbərlərindən biri olan Meral Akşenerin başçılığı ilə mühüm bir kəsimordan qoparaq "İyi” partiya adında başqa bir təşkilat yaratmışdı. Yəni, MHPartıq 10 faizlik seçki barajını aşıb-aşmamaq, mandat sahibi olub-olmamaqdilemması qarşısındaydı. Əlbəttə, iqtidara gəlmək siyasətçinin və hər hansı birsiyasi təşkilatın əsas hədəfi olsa da, az-çox siyasi institutlara malik ölkələrdəiqtidara gəlmədən də siyasətdə qalmaq, həm də uzun müddət qalmaq mümkündür. Bununüçünsə heç olmasa parlamentə düşmək lazımdır. Bax, elə buna görə də üç il əvvəlƏrdoğanla hökumət ortağı olmaqdan imtina edən MPH lideri Dövlət Baxçalı bu dəfəonunla koalisiya ortağı oldu. Bu koalisiyanı qurmaq üçün xeyli canfəşanlıq daetdi. Onun seçkilərin vaxtını qabağa çəkməklə bağlı təklifini reytinqinin get-gedəgerilədiyini hiss edən Ərdoğan göydə tutdu. Hərçənd, çoxları bu fikirdəydi ki,həmin təklif əslində elə Ağ sarayda hazırlanmış, sadəcə D. Baxçalının dilindənsəslənmişdi. Axı rəqibi müttəfiqə çevirərmək yolundakı ilk qayda onu sınaqdançıxartmaqdır.

Bu iki barışmaz siyasi qüvvə məhz yuxarıda sadaladğımızarqumentlərə görə "Cümhur İttifaqı”nı quraraq seçkilərə birlikdə getdi və öz hədəflərinə çatdı. Ərdoğanın birinciturda qələbəsi təmin edildi, AKP qorxduğu mandat kəsiri problemini həll elədi,MHP isə seçki barajını aşdı. Ancaq uğurlu nəticələrə baxmayaraq çoxları dinçilərləmillətçilər arsında bağlanmış bu "zorən izdivacın” uzunömürlü olmayacağını hələlap əvvəldən proqnozlaşdırır, siyasi praqmatizmin girovuna çevrilmiş ideolojiambisiyaların nə vaxtsa partlayacağını qaçılmaz hesab edirdi.

İndi bu koalisiya artıq dağılmışdır. D.Baxçalı bir neçə gün əvvəlöz müttəfiqlərinin ünvünına sərt sözlər söyləyərək onlarla bir ittifaqdaolmağın heç bir anlamı qalmadığını bildirdi. Həmin çıxışdan da göründüyü kimi MHP-nibu addımı atmağa vadar eləyən səbəblər yetərincədir. Bədəlli əsgərliklə, məktəblərdətürk andının oxunmasıyla, əfvlə, keşiş Bransonun azadlığa buraxılmasıyla və birsıra digər məsələlərlə bağlı MHP-nin təkliflərinin qəbul edilməməsi və nəhayət,AKP- nin öz müttəfiqlərinə qarşı saymazyana münasibəti… D. Baxçalı koalisiyayaxitam verilməsiylə bağlı partiya məclisinin qrup toplantısındakı həmin məşhurçıxışında elə-belə də demişdi: "heç bir ittifaq bir tərəfin yox sayılmasıylaayaqda qala bilməz”.

Bir məsələni də nəzərə almaq lazımdır ki, əgər seçkidən əvvəlbelə bir ittifaq daha çox parlamentə düşməyi sual altınnda olan MHP-yə sərfedirdisə, ceçkidən sonra daha çox AKP-yə lazım idi. Çünki ittifaqın dağılması nəticəsindəparlamentdə 290 deputatla təmsil olunan AKP məclisdəki 50+1 səsini qeyb edir vəbundan sonra mühüm qərarların qəbulunda ciddi problemlər yaşaya bilər. Ən azındanhər dəfə kənardan 11 səs qazanmaq üçün əlaltdan kimlərisə ələ almaq üçün xeyli əziyyətçəkməli olacaq. Ola bilsin ki, bəzən heç buna da ehtiyac qalmayacaq. Kimlərsəkimlərinsə acığına onların dəyirmanına su tökəcəklər. Elə koalisiyanındağıldığı elan olunandan sonra məclidə baş verən bir olay buna əyani sübutdur. HəminMHP "İyi” partiyanın təqaüd yaşıyla bağlı qanun layihəsinə səs verməkdən imtinaedərək onun qəbuluna əngəl yaratdı. Nəzərə alın ki, bu məsələ MHP-nin özünün dəseçkiplatformasında yer almışdı. Bəs millətçilər öz seçicilərinə verdiyi sözütutmaq üçün hər hansı bir addım atmamaları bir yana qalsın, niyə həmin yöndə başqalarınıngördüyü işə badalaq vurdular? Heç şübhəsiz, təklif "İyi” partiyadan gəldiyinə,yəni "dostların düşmənçiliyi daha pis olur” məntiqinə görə.

Gələn ilin martında Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.Türkiyədə türklərin təbirincə desək, bu yerəl seçkilər prezident və parlament,yəni genel seçkilərdən elə də az əhəmiyyət daşımır. Əvvəl-əvvəl D. Baxçalıİstanbulda, Anqarada eləcə də MHP-nin qələbə şansı olmayan digər yerlərdə bələdiyyəbaşqanlığına namizədlər irəli sürməyəcəyini bildirmiş, əvəzində belə bir tələbləçıxış etmişdi ki, ittifaq şəkilində seçkilərə qatılan partiyalarda bələdiyyiəbaşqanı kim olsa müavini müttəfiq partiyadan olmalıdır. Praqmatik yanaşmadır. Təsəvvüredin: ötən bələdiyyə seçkilərində MHP-nin namizədi İstanbulda 339 min,Anqaradasa 250 min səs yığmışdı. AKP və CHP namizədləri isə uyğun olaraq İstanbulda 4.101 min və 3 milyon428 min, Anqaradasa 1 milyon 417 və 1 milyon 387 min səs almışdılar. Göründüyükimi MHP namizədinin səsi rəqiblərin səsiylə müqayisədə çox azdır. Amma bu az səshəm də həlledici səsdir və Dövlət Baxçalı öz "kiçik partiya”sının gücünün hardaolduğunu və ondan maksimum yararlanmağı yollarını yaxşı bilir. Odur ki, indi o,əvvəlki sözünə rəğmən MHP-nin İstanbulda da, Anqarada da, yəqin ki, digər böyükvə kiçik şəhərlərdə də öz namizədləriylə iştirak edəcəyini bildirir. Qələbənaminəmi? Təbii ki, yox. Siyasi bazarlıq naminə. Bazarlıq yapandasa daha çoxunanail olmaq üçün öhdəliklərdən azad, yəni tam sərbəst olmaq mühüm şərtdir. Yoxsaseçkidən heç yarım il keçməmiş tez-tələsik AKP-lə "izdivacı” pozmaq nəyə lazımidi? Axı dəngələr dəyişir və bəlkə başqasından daha çoxunu qopartmaq mümkünoldu. Özü də elə məqamda ki, artıq Məhərrəm İncə İstanbuldan namizədliyini verməkləbağlı düşündüyünü dilə gətirib. Türk siyasətinin bu yeni ulduzunun prezidentlikyarışını uduzmasına baxmayaraq İstanbulun bələdiyyə başqanı seçiləcəyinə çox azadam şübhəylə yanaşır. İstanbulun bələdiyyə başqanısa Türkiyə prezidentindənbir az balaca vəzifədir.

Odur ki, D. Baxçalının son addımları düzgün gedişdir, hansıyandan baxsan praqmatik görünür. Axı, bəzən siyasətdə az və ya çox səsə yox, həlledicisəsə malik olmaq daha çox üstünlük gətirir. Sadəcə, lazımi vaxtdadüzgün manevrlər eləməyi bacarmaqlazımdır.

ANALİTİK XİDMƏT