adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Iyul 2018 11:34
9949
GÜNDƏM

AKİF NAĞININ 200 MİNLİK MÜLKÜ

QarabağAzadlıq Təşkilatının sədrini və təşkilatın bir neçə üzvünü keçmiş bir məktəb direktoru ( adı o qədər də önəmlideyil, bilənlər bilməyənlərə desinlər) məhkəməyəverib. Elə-belə, tum pulu bir 60 min manat da təzminat istəyir. Səbəb də onu göstərir ki, guya ona böhtan atıblar, işgüzar nüfuzunaxələl gətiriblər.

60min manatdı də! Həbs olunmalarını və tutulub güllələnmələrini tələb eləmir ki?!

Onuda qeyd edək ki, həmin məktəb direktorunun Ermənistanın bayrağınımı-nəyinimi təbliğ eləməsi saytlardavə sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. QAT da məhz buna görə onu əlləşdirmişdi.

AkifNağı, 60 min nədi, ver getsin.Bilirəm, heç 60 bitin də yoxdu, ammasənin məndə olan rəsmi məlumata görə, 200 minlikmülkün var. Onun açarlarını ver həmin direktora .

Hərçəndki, sənin o 200 minlik mülkün, özü də gözəlbağı-bağçası ilə, Qarabağda işğal altda qalıb.Qoy məktəb direktoru 60 minini götürsün, 140 minini qaytarsın, sənin də əlin bir çörəyə çatsın.

Bəlkəməktəb direktoru özü ermənilərlə birtəhər dil tapa.