adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Mart 2019 16:51
9473
SİYASƏT

Akif Nağı: “Bu sifarişdir, ya...”

Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatınınsədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib.

Adalet.azməsələ ilə bağlı Akif Nağının fikirlərini öyrənib:

"Komitəninİdarə heyətindən istefa verməmişəm. Komitə istənilən qərarı verə bilər. Müəyyənarqumentləri əsas gətirib məni kənarlaşdırıblar, amma bununla razı deyiləm,yanlış qərardı. Arqumentlər bu oldu ki, mən KXCP və ya hansısa partiyada Komitəniniclasılarına qatılmaq istəmirəm. Əvvəlcədən demişdim ki, Komitənin iclasları yaQAT-da keçirilməlidir, ya da neytral bir yerdə, partiya qərargahındaolmamlıdır. Əgər partiya qərargahında keçirilirsə istər istəməz o partiyanınmöhürü Komitənin üzərinə vurulur. Digər tərəfdən də elə adamlar var ki, hansısapartiya qərargahında keçirilən iclaslara qatılmaq istəmirlər. QAT-ın əsasnaməsindəkiminsə iclasa qatılıb-qatılmamasından asılı olmyaraq idarə heyətindənçıxarılması kimi bir şey yoxdur. Amma ümumən deyilmişdi ki, idarə üzvləri üçiclasdan artıq qatılmasa onun İdarə heyətindən çıxarılması gündəmə gətirilə bilər.Lakin bu mənim qatılmadığım üçüncü iclas idi. Onlar buna da riayət etmədilər.Bütün dünyada qəbul olunub ki, hansısa şəxs üçün qərar qəbul edilirsə onun özüdə iclasa dəvət olunmalıdır. Bir neçə gün bundan əvvəl Mirmahmud Mirəlioğlu iclaslardaiştirak etmədiyimi soruşduqda, demişdim ki, o vaxt iclaslarda iştirak edəcəm,iclaslar QAT-ın ofisində təşkil edilsin. Yəni bu məsələlərlə bağlı əvvəlcədənkimsə mənə xəbər etməyib. Düşünürəm ki, belə tələsik qərar şübhə yaradır. Çünkibundan qabaq elə adamlar olub ki, bir ay keçirilən iclaslarda olmayıb vəonlarla bağlı heç bir qərar qəbul edilməyib. Bu ya sifarişdir, yaqısqançlıqdır, bilmirəm. Hər halda qərarlarına hörmətlə yanaşıram. İşlərindəuğurlar arzu edirəm. Biz öz fəaliyyətimizi QAT-da davam edəcəyik.”