adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Sentyabr 2014 18:12
16566
GÜNDƏM

Akademiyanın Prezidenti akademik Akif Əlizadə Bilik Fondunda - Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti,Azərbaycan Respublikasının Prezidentiyanında Bilik Fondunun Himayəçilik Şurasının sədri Akif Əlizadə BilikFondunun əməkdaşları ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasınınmillətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Himayəçilik Şurasınınüzvü akademik Kamal Abdullayev də iştirakedib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondunfəaliyyəti üçün yaradılan şəraitə görə president İlham Əliyevə təşəkkürünü bildiribvə hər bir əməkdaşın göstərilən etimadı doğruldacağına əminliyini ifadə edib. O.Səmədovqonaqlara həyata keçirilən layihələr - "İlboyubilik” proqramının "Qardaşlaşmış məktəblər”,"Docendo Discimus”, "Dini abidələrdə tarixin izləri”, "Auditoriya+”, "Azərbaycan elmi xaricdə”,"Dünya elmi Azərbaycanda”, "Yaradıcılıq fakültələri”, "Məscidlərdə kitabxana”,"Epizod”, "Ustad vəşəyird” "Azərbaycan bayrağı”layihələri haqqında geniş məlumat verib.

Müxtəlif layihələr üzrə bölgələrə dəfələrlə ezam olunanBilik Fondunun əməkdaşları bu günə qədər qardaşlaşmış Şuşa, Ağdam, Füzuli, Gəncə,Astara, Şəki, Gədəbəy, Biləsuvar və digər şəhər və rayonların orta məktəb şagirdlərininlayihədən faydalanması, onlar arasında yaranan isti münasibətlər, dini abidələrinaraşdırılması ilə bağlı geniş məlumat verdilər.

Akademik A.Əlizadə Bilik Fondunun qısa zaman ərzindəgördüyü işlərdən razı qaldığını bildirib,məktəblilərin biliklərinin artırılması,intellectual səviyyələrinin formalaşması, vətənpərvərlik hisslərinin yüksəldilməsiüçün həyata keçirilən layihələrin uğurlu nəticələr verəcəyinə inamınıi fadə edib.AMEA-nın Prezidenti maariflənmə hərəkatına orta məktəblərlə yanaşı, ali məktəblərindəcəlb olunmasını, gənc alimlərin, eləcə də xaricdə yaşayan azərbaycanlı elm adamlarınınpotensialından da faydalanmağı qeyd etdi. Akademik A.Əlizadə həmçinin Bilik Fondununbütün layihələrinə AMEA-nın dəstək verməyəhazır olduğunu bildirib, akademiyanın müxtəlif institutlarında müntəzəm görüşlərinkeçirilməsinin vacibliyini vurğulayıb.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən BilikFondunun yaradılmasını Azərbaycan ziyalılığına göstərilmiş etimad kimi dəyərləndirənDövlət müşaviri akademik Kamal Abdullayev fondun fəaliyyətinin daha da səmərəlitəşkil olunması məqsədilə Himayəçilik Şurası sədrinin görüşdə səsləndirdiyi təklifvə tövsiyələri yüksək qiymətləndirib. Akademik K. Abdullayev Rabitə və YüksəkTexnologiyalar nazirliyi ilə Bilik Fondununbirgə həyata keçirəcəyi distant mühazirələr barədə məlumat verib və bildiribki,bu layihə çərçivəsində onlayn sistemlə Azərbaycanın 15 bölgəsində virtualkonfranslar təşkil olunacaq. Layihəyə cəlb olunacaq rayonlardan olan 300-ə qədərsakin tanınmış yerli xə xarici elm adamlarının virtual mühazirələrini dinləyəcək,konfranslara interaktiv olaraq qatılacaqlar. Bundan əlavə Dövlət müşaviri vurğulayıb ki,Ölkə Prezidentinin tövsiyyəsi ilə reallaşan "Ölkəmizi tanıyaq” tur-aksiyasınındavamı olan Bilik Fondunun müxtəlif layihələri çərçivəsində şagirdlərin Azərbaycanınmüxtəlif bölgələrinə etdiyi səfərlər təkcə onlara Azərbaycanı yaxşıtanıtdırmaqla məhdudlaşmır, bu həm də uşaq və yeniyetmələr, həmçinin bölgələrinziyalıları arasında dostluq, qardaşlıq münaasibətlərinin yaranmasına böyük təkanverir.

Görüşün sonunda Prezident yanında Bilik Fondunun gələcəkdəicra edəcəyi müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparılıb.

AzərbaycanRespublikasının Prezidenti yanında

Bilik Fondununİnformasiya Təminatı sektoru