Akademiyada yeni təyinatlar
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr və struktur islahatları davam etdirilir. Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun yeni nizamnaməsi və strukturu təsdiqlənib. Bu barədə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Məlumatda bildirilir ki, akademiyanın Kimya Elmləri Bölməsinin tabeliyində olan qurum əvvəllər Kimya Problemləri İnstitutu adı ilə fəaliyyət göstərirdi. Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə adı dəyişdirilib. Rəyasət Heyətinin növbəti qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsinin icrası akademik İradə Hüseynovaya həvalə edilib. Texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev isə Kibernetika Xüsusi Konstruktor Bürosunun direktoru vəzifəsinə təyin edilib.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44