adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Avqust 2016 10:23
7037
SİYASƏT

Aİ Bakıda iclaslara başlayacaq

Bu il oktyabrın ortalarında Avropa İttifaqında (Aİ) Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara başlamaq üçün mandat verilə bilər.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Nazir müavini qeyd edib ki, Aİ daxilində bununla bağlı proses gedir.

M. Məmmədquliyev Aİ-də Azərbaycan üzrə alt komitələrin Bakıda iclasının keçiriləcəyini bildirib: "Biz onlarla danışmışıq və işlə başlayacağıq. Səhv etmirəmsə, ilk komitənin iclası sentyabrda, sonuncusu isə dekabrda olacaq. Bütün iclaslar Bakıda baş tutacaq. Tarixləri demək olar ki, məlumdur".