Ağsuda xeyli sayda silah-sursat aşkarlandı
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisindən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, 2 ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb.
Son 1 gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Şöbə əməkdaşları tərəfindən son 2 ay ərzində bu istiqamətdə keçirilən profilaktiki tədbirlər nəticəsində isə vətəndaşlardan ümumilikdə 18 odlu silah təhvil götürülüb.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

