Agentlik sədri Biləsuvarda vətəndaşları qəbul edib - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin Biləsuvar rayonunda vətəndaş qəbulu baş tutub.
Qəbuldan öncə Agentlik sədri Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu və Məmmədov Məhəmməd Bilal oğlunun yas mərasimində iştirak edib, ailəyə başsağlığı verilib. Hər iki şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanılıb.
M,Abbasbəyli daha sonra Biləsuvardan olan vətəndaşların müraciətlərini dinləyib. Ümumilikdə 23 şəxsin qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Digər Xəbərlər
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53
Bakının hansı rayonunda daha çox insan yaşayır?
09 Sentyabr 2026 10:39
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - BU TARİXDƏN
09 Sentyabr 2026 10:31
FHN tədbir keçirdi - VİDEO
09 Sentyabr 2026 09:00
Yol qaşındı, amma asfalt salınmadı...
08 Sentyabr 2026 16:58
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
08 Sentyabr 2026 14:50
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
08 Sentyabr 2026 11:14


Bakı -°C

