Ağdərə sakini MİNAYA DÜŞDÜ
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 2025-ci il 3 dekabr tarixində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Adalet.az-a verilən məlumata görə, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Digər Xəbərlər
17 Yanvar 2026 10:57
Sərxanı xilas edən polis polkovnikinin adı açıqlandı - VİDEO
16 Yanvar 2026 10:40
Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür - VİDEO
16 Yanvar 2026 10:02
Yük maşını ilə motosiklet toqquşdu - Rusiya vətəndaşı öldü
15 Yanvar 2026 13:30
Sabah hava necə olacaq?
15 Yanvar 2026 10:47
Universitet vəfat edən tələbələrlə bağlı məlumat yaydı
15 Yanvar 2026 10:03
Bakıda tələbə qız vəfat etdi
14 Yanvar 2026 11:52
Güclü küləyin fəsadları - Bakıda 6 ağac aşdı
13 Yanvar 2026 13:26


Bakı -°C

