Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb.
Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

“Tik-Tok” və “Instagram”da qadınların səhifələrinə kiber hücumlar edən şəxs saxlanıldı - VİDEO

Bakıda 26 min manatlıq dələduzluq

Polis 6,8 kq narkotik aşkarladı
