adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Aprel 2017 22:14
3532
MƏMLƏKƏT

Ağcabədidə balıqlar kütləvi şəkildə tələf olub

Ağcabədi rayonunda fərdi təsərrufatlardan birində balıqlar kütləvi şəkildə tələf olub.

Hadisə rayonun Hacıbədəlli kəndində yerləşən göllərdən birində qeydə alınıb.

Kənd sakini, fermer Tələt Rüstəmov bildirib ki, bir hektardan çox ərazini əhatə edən ona məxsus göldə 20 tondan artıq balıq tələf olub: "Mənə təxminən 60 min manatdan çox ziyan dəyib".

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və ölmüş balıqlardan nümunələr götürülərək laboratoriyaya göndərilib.