Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılıb
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.
Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.
Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.
Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.
Digər Xəbərlər
07 Sentyabr 2026 10:41
“Tramp Ukrayna-Rusiya savaşında ilkin razılığa nail olmağa çalışır...”
07 Sentyabr 2026 10:13
“Çin İranın ABŞ-yə məğlub olmasını və İranda rejim dəyişkliyini istəmir...”
07 Sentyabr 2026 10:10
“Ukrayna ordusunu geri çəkərsə, atəşkəs olacaq...” - Politoloq
06 Sentyabr 2026 12:00
Prezident Esvatini Kralını təbrik etdi
06 Sentyabr 2026 11:26
"Şvabe və onun tərəfdarları Azərbaycana təzyiq cəhdləri ilə özlərini ifşa edir"
05 Sentyabr 2026 16:20
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – ŞOK İDDİA
04 Sentyabr 2026 20:14
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
04 Sentyabr 2026 16:07


Bakı -°C

