adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Mart 2018 16:09
15128
DÜNYA

Afrindən son xəbər: 3524 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.

Adalet.az  xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3524 terrorçu zərərsizləşdirilib, 200-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb.