AFFA-dan təpik vuran futbolçuya ağır cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Adalet.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 21-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqasının XXI turunun "Kəpəz” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Hakimlər Komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
Qeyd edək ki, liberiyalı müdafiəçi top uğrunda mübarizədən sonra yerdə qalan rəqibi Julien Ebaha qəsdən təpik vursa da, hakimlər bu epizoda reaksiya verməmişdi.
Bundan başqa, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Neftçi” – "Zirə” matçının 42-ci dəqiqəsində "Zirə” klubunun futbolçusu Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37