AFFA “Renat Dadaşova milyon dollar” verilməsinə münasibət bildirib
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yayılan məlumatlara münasibət bildirib.
Adalet.az-ın xəbərinə görə, haqqin.az saytına açıqlama verən Mikayıl Nərimanoğlu, bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.
"Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi.
Həmçinin xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl AFFA-nın növbəti konfransı keçirilib və orada Assosiasiyanın xərcləri və gəlirləri elan edilib. Yəni hamı AFFA-nın vəsaitlərinin hara xərcləndiyinə əmin olmaq imkanına malik idi”.
Qeyd edək ki, ötən gecə haqqin.az saytı Almaniyanın məşhur "Bild” nəşrinə istinadən Renat Dadaşovun Azərbaycan yığmasını pula görə seçdiyini yazıb.
Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən "Bild” bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını və ona mənzil hədiyyə edildiyini iddia edib.
Renat Dadaşov sabah keçiriləcək Azərbaycan - Almaniya matçında millimizin heyətində debüt edə bilər.

Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00