ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
2017-2018-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetində (ADU) dil tədris edən kafedralarda boş elan olunan müəllim vəzifəsini tutmaq üçün müsabiqədə iştirak edəcək müəllimlərdən onların dil səviyyəsini müəyyən edən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq dil sertifikatları tələb olunacaq. Bu, müqavilə müddəti bitmiş, attestasiyadan keçəcək müəllimlərə də aiddir. Bununla əlaqədar universitetin bütün kafedralarına bildirişlər göndərilib.
Qeyd etmək lazımdır ki, ADU rəhbərliyinin bu qərarı universitetin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və tədris prosesinin keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edir.
Digər Xəbərlər
28 Aprel 2024 09:00
Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55