ADU-da “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs davam edir
Azərbaycan Dillər Universitetində (ADU) hamı tərəfindən maraqla qarşılanan "Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs davam edir. Universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Ablullayev tərəfindən irəli sürülən təşəbbüs dekabrın 23-də yenidən həyata keçirilib.
Hər zaman adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürmək missiyasını layiqincə yerinə yetirən Dillər Universitetində milli dəyərlərimizin qorunmasını təcəssüm etdirən bu gün, sayca ikinci dəfə olmasına baxmayaraq, yenə də böyük coşqu ilə qeyd edilib. Belə ki, həmin təşəbbüs çərçivəsində ADU-nun professor–müəllim heyəti və tələbələr dərsə növbəti dəfə milli geyim və ya onun hər hansı elementini əks etdirən formada gəliblər.
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12