adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2017 16:52
16121
ELM VƏ TƏHSİL

ADU-da “Biz fransız dilini sevirik” adlı tədbir keçirilib

Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız dili kafedrası və 304 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə "Biz fransız dilini sevirik” adlı tədbir keçirilib.

Tədbirdə 304 nömrəli məktəb-liseyin şagirdləri fransız dilində mahnılar oxuyub və M.F.Axundovun "Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını fransız dilində səhnələşdiriblər. Adıçəkilən məktəb-liseyin direktoru İradə Hüseynova tədbirin keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə, o cümlədən Fransız dili kafedrasının müəllimlərinə və həmin məktəbdə təcrübə keçən ADU tələbələrinə təşəkkür edib.