ADSEA əməkdaşları "Formula 1" yarışlarında əzmlə xidmət göstərirlər - VİDEO - FOTO
Bakıda keçirilən 8-ci "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.
Adalet.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi açıqlamaya görə komissiya yarışlar ərəfəsində xüsusən 13-15 sentyabr tarixlərində daha mükəmməl fəaliyyətin təşkili məqsədilə Xidmətin cavabdeh sahələrini müxtəlif təlim-məşq toplantılarına cəlb edib:
“Təcrübi təlimlər yarışların gerçəkləşəcəyiərazilərə cavabdeh olan paytaxt rayonlarının sukanal sahələrində, Nəqliyyat və Xüsusi Texnika İdarəsində, müvafiq qrupların idarə olunmasına məsul şəxslər arasında keçirilib”.
Xidmətin rəhbər heyətinin iştirakı ilə keçirilən təlimlərdə verilən tapşrıqlar, icra olunan fəaliyyət hazırda daha yüksək səviyyədə tətbiq edilir.
Trassa boyu ərazilərdə fasiləsiz iş rejimi ilə çalşan Səbail, Nəsimi, Yasamal, o cümlədən Bakı sukanal idarələrinin təmsilçiləri öhdələrinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirirlər. Öncədən də əminliklə vurğulandığı kimi, təlim-məşq tədbirləri yarışların keçirildiyi ərazilərdə qüsursuz xidmətə təkan olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq strukturları “Formula 1” yarışlarında 130 işçi heyəti ilə təmsil olunur. Onlar 16 dislokasiya nöqtələrində vəzifələrini icra edirlər.
Xətlərin, şəbəkələrin tənzimlənməsi, təzyiqlərin nəzarətdə saxlanlılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması və bu kimi işlər qurumun Operariv idarəetmə vəmərkəzi mühəndis texnoloji xidmət, Su təchizatı sistemlərinin istismarı, Yağış suları və tullantı su şəbəkələrinin istismarı şöbələri tərəfindən idarə olunur.
Digər Xəbərlər
23 Sentyabr 2026 17:07
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
23 Sentyabr 2026 16:38
Əfvin icrası BAŞA ÇATDI - YENİLƏNİB
23 Sentyabr 2026 15:55
Azərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş
23 Sentyabr 2026 15:32
Martin Ryan azadlığa buraxılıb
23 Sentyabr 2026 15:24
166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO
23 Sentyabr 2026 12:35
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
23 Sentyabr 2026 12:32
Sabah 35 dərəcə isti olacaq
23 Sentyabr 2026 12:12


Bakı -°C

