Adı 1 milyon manatlıq dələduzluqda hallanan iş adamı həbs edildi
Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.
Adalet.az Avtosfer.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun gizləndiyi yer müəyyən olunub.
Müqayis Verdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim olunub.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətində istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.
Qeyd edək ki, Müqayis Verdiyev əvvəllər də məhkum olunub.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

