adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Aprel 2024 11:27
1952
MƏMLƏKƏT

Adama deyərlər, bax, saa nəə?

Əziz oxucularım, “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun Azərbaycana soyuq münasibəti ilə bağlı dəfələrlə məqalə hazırlamışam. O, 1993-cü ildən "LUKoyl" şirkətinə rəhbərlik edir. Hər zaman Rusiyada ilk “beşlik”də yer alan milyarderlərdən olub. Düzünü deyim, erməni xalqına məxsus Rusiya milyarderlərinin öz ölkəsinə etdiyi yatırımların, mənəvi və maddi dəstəyin mində birini nəinki Vahid Ələkbərov, heç bir rusiyalı milyarderimiz xalqına göstərməyib. Bu fakt hər zaman məni qıcıqlandırıb, kədərləndirib, təsirləndirib. Axı düz 1993-cü ildən, Vahid Ələkbərovun milyarder olduğu dövrdən bu xalqın çətinliklərin, kasıbçılığın , ağır günlərin ən dibi ilə imtahan olub, amma V. Ələkbərovun heç səsi çıxmayıb. Ən azından matəm günlərimizdə başsağlığı verməyi belə özünə rəva görməyib.

İndi mediadan oxuyuram ki, “Forbes”in siyahısına görə, Rusiyanın ən varlı adamları siyahısında birinci yeri “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov tutub.

Son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. “Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.
Yeri gəlmişkən , hazırda Bakı həbsxanasında dustaq həyatı yaşayan, rusiyalı milyarder Ruben Vardanyan özünün ailə fondu “RVVZ Foundation» vasitəsilə 2014-cü ildə Ermənistanda “Dilican Kolleci” adlı beynəlxalq məktəb açıb, bu layihəyə 150 milyon dollar xərcləyib.
Siz əziz Azərbaycanlılar heç eşitdinizmi ki, Vahid Ələkbərov Azərbaycana 1 manat yardım etsin, bir baxçanın təmirinə pul göndərsin, Qarabağ adlı yükümüzün altına bir dəfə çiyin versin? Təbii ki, eşitməmisiniz. Və eşitməyəcəksiniz!
Son olaraq bildirim ki, indən sonra da Vahid Ələkbərovun Azərbaycanı sevəcəyinə inanmayın! Çünki...

SƏBƏB?


Yəhudilər özünəxas cəhətləri ilə digər xalqlardan yetərincə fərqlənirlər. Onlarda varislik ata yox, ana xətti ilə ötürülür. Bu xalqın ana hökmüranlığının səbəbi hələ də tam aşkarlanmasa da, bir sıra fərizyyələr var.
Tövrat yəhudilərə digər millətdən olan qadınlarla evlənmək qadağası qoyur. Səbəbi isə odur ki, yəhudi olmayan ana uşağını yanlış yola sürükləyə bilər. Yəni digər xalqdan və dindən olan qadının tərbiyə etdiyi uşaq yəhudi hesab olunmur. Burada yalnız bir çıxış yolu vardı. Digər xalqdan olan qadın yəhudi kişi ilə ailə qurarsa, mütləq dini görüşlərini dəyişib, yəhudi olmalı idi. Əks halda, bu nikah Allah tərəfindən lənətlənmiş sayılırdı.
Daha bir fərziyyədə körpənin atası dəqiq bəlli olmasa da, onu dünyaya gətirən ana hər zaman məlumdur. Yəni, qadın hətta rəsmi nikahda olduğu müddətdə digər kişidən övlad dünyaya gətirərsə, bu sirr bəzən əbədi olaraq qoruna bilər. Lakin ananın övladını 9 ay bətnində gəzdirməyi və ona həyat verməyi faktı heç kəs tərəfindən nə gizlədilə, nə də təhrif oluna bilər. Odur ki, uşağın atasının dinindən və kimliyindən asılı olmayaraq, o, yəhudi anasının varis sayılır.

İndi səbəbini bilmək istəyirsinizsə ki, niyə erməni milyonçular varidatlarını qəpiyinə qədər Ermənistana xərcləyir, amma azərbaycan əsilli milyonçular yox.
Onda bilin ki, adını çəkdiyim milyonçu ermənilərin anası tər-təmiz erməni qızlarıdır. Amma azərbaycanlı milyonçuların heç birinin anası tər-təmiz azərbaycanlı deyil. Məsələn, 1950-ci ildə Bakıda doğulan Vahid Ələkbərovun atası Yusif Ələkbərov azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovnadır.


 Saaa nə?

Deməli, bir gün rəhmətlik Molla Nəsrədin evinin yaxınlığındakı yolun kənarında oturub gəlib -gedənə baxırmış. Bir də görür ki, qonşusu nəfəsi kəsilə-kəsilə, qaça-qaça gəlir.
-Deyir, ay bala bir toxta görüm nolub, niyə nəfəsini qaraldırsan, bu nə təlaş?
Qonşu deyir, ay molla bir qazan aş, yanında iki təndir çörəyi, bir sini də şirniyyat aparırlar...
Molla etinasız , laqeyd baxışlarla qonşunun tər pulcuqlanan alnına baxıb deyir: Maa nəəəə?
Qonşu hövllə qışqırır
– Ay molla aşı da, şirniyyatı da, üstündə iki təndir çörəyini də sizə aparırlar, eee.
Molla yenə eyni laqeyd, etinasız baxışlarla qonşuya deyir:
– Bizə aparırlar?Yaxşı bəs ondan saa nəəə?
Həmyerlimiz Vahid Ələkbərovun Rusiyanın ən varlı adamları siyahısında birinci yeri tutub, bax ondan mənə nəəə?


Əntiqə Rəşid