adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2019 14:09
10089
MƏMLƏKƏT

ADA Unversiteti “Təmiz ölkəm” ekoloji layihəsinə start verib

Mart ayının 15-də ADA Universiteti və "Coca-Cola” şirkəti ənənəviolaraq Bakıda keçirilən VII Bahar Gənclik Festivalı ilə Azərbaycanın ən çoxsevilən bayramı olan Novruz bayramınıqeyd edib.Festival çərçivəsində tələbələr üçün bayram şənliyi ilə yanaşı, "Təmizölkəm” ekoloji layihəsinin də başlanğıcı elan olunub.

Tədbiriştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən"ADAUniversiteti” FondununprezidentiNatiq Hacıyev bildirib: "ADA” Universiteti "Coca-Cola”şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim birgə həyata keçirdiyimiz"Ağac əkək, təbiətə töhfə verək"layihəsi uğurla həyatakeçirilmiş, Azərbaycanda ekoloji maarifləndirmə işləri görülmüş və ölkəmizdə100 minə yaxın ağac əkilmişdir. Bu gün bu tədbir vasitəsilə start verdiyimiz "Təmiz ölkəm” layihəsi yenə də ətraf mühitin qorunmasıilə bağlı bir layihədir və inanırıq kı, biz yenə də müsbət nəticələr əldə edəcəyik."ADA” ailəsi adından Novruz bayramınızı bir daha təbrik edirəm. Qoy bu baharSizə uğur və xeyir bərəkət gətirsin”.

Öz növbəsində"Coca-Cola” şirkətinin Qafqaz üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətinAzərbaycanda ətraf mühitin qorunmasına verdiyi əhəmiyyəti vurğulayıb: "Sosialməsuliyyətli bir şirkət olaraq "Coca-Cola” hər zaman fəalliyətdə olduğu ölkələrin inkişafı üçün müəyyənişlər görür. Bu ildən etibarən "Coca-Cola” və ADA Universitetinin birgə layihəsiolan "Təmiz ölkəm” layihəsinə start verilir. Ümid edirik ki, bu layihə də ötənlayihələr kimi uğurla həyata keçirilərək ölkəmizin ekologiyasınınyaxşılaşdırılmasına öz töhfəsini verəcək. Fürsətdən yararlanaraq bütün Azərbaycanxalqını Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bayram sevincivə xoş günlər arzulayırıq”.

Qeyd edək ki, "Təmiz ölkəm”ekoloji layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı haqqındaictimaiyyәt arasında maariflәndirmә işlərinin aparılması, plastik butulkalarıntoplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkraristehsal ənənəsinin formalaşdırılması, plastik tullantılarınqruplaşdırılmasıüçün əlverişli platforma rolunu oynayacaq. Layihənin uğurla həyatakeçirilməsi üçünBakı şəhərinin əsas ərazilərində plastik butulkalarıntoplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.

"Təmiz ölkəm” layihəsi "ADA” universiteti, "ADA Universiteti” Fondu, AzərbaycanRespublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola Fondunun vəAzEkol şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçiriləcək.

"ADA” Universitetinin Bayraq meydanında quraşdırılmış plastikbutulkalardan hazırlanmış nəhəng səməni maketiisə "Təmiz ölkəm” layihəsində"ikinci həyat” qazanmış uğurlu nümunələrdən sadəcə biridir. Plastik səməni eynizamanda həm də qədim Novruz adət-ənənəsi ilə müasir ekoloji durumu bir tondemdətərənnüm edir. VII Bahar Gənclik Festivalına qatılmış gənclər öz növbələrindəistifadə etdikləri plastik butulkaları Bayraq meydanında yerləşdirilmiş xüsusibutulka toplama qablarına ataraq "Təmiz ölkəm” layihəsinə öz dəstəklərini əyaniolaraq göstəriblər.

Qeyd edək ki, festival sərgi, konsert, Azərbaycanın müxtəlif xalça məktəblərininnümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimibayram adət-ənənələrinin nümayişi, həmçinin Azərbaycanın estrada müğənnilərininçıxışları ilə davam edib.