Acun Ilıcalı yeni futbol klubu alır
İngiltərə çempionatında çıxış edən "Hall Siti"nin sahibi Acun Ilıcalının Avropadan daha bir komanda almağa hazırlaşdığı iddia edilib.
İrlandiya mətbuatından LMFM-nin xəbərinə görə, Acun Ilıcalı İrlandiyanın Premyer Liqa komandası Dundalk FC-ni almaq üçün danışıqlar aparır. Acun Ilıcalının Dundalk FK-nı almağı və gənc futbolçulara bu komandada oynamaq şansı verməyi planlaşdırdığı bildirilib.
O, İrlandiya Premyer Liqasının ikinci həftəsində “Bohemians” – “Dundalk FC” matçını tribunadan izləyərkən görüntülənib. Acun Ilıcalı ilə Dundalk FK arasında aparılan danışıqlarda razılıq əldə olunmayıb.
Fanatikin İngiltərə mətbuatından topladığı xəbərə görə isə Acun Ilıcalının İrlandiya Liqası komandalarından olan "Şelburn"u almağı planlaşdırdığı qeyd edilib.
Acun Ilıcalının "Şelburn" - "Atletik" matçını tribunadan izlədiyi də vurğulanıb. Acun Ilıcalının bir müddət əvvəl “Şelburn FK” klubunun səhmlərini almaq istədiyi bildirilib.
Shelbourne FC hazırda İrlandiya Liqasında 5-ci yerdədir. Məşhur iş adamının almaq istədiyi klubun məşqçisi "Çelsi"nin keçmiş futbolçularından Damien Daffdır.
Emin
Digər Xəbərlər
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32
“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışını sərt tənqid etdi
27 Dekabr 2025 13:17


Bakı -°C

