Acsansa, dron ye!
İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun alimləri bir hissəsi yeməli materialdan hazırlanan pilotsuz təyyarə hazırlayıblar.
Bu tərtibat fövqəladə vəziyyətdə insanların həyatını xilas etmək üçün nəzərdə tutulub - əlavə kalorilər onlara xilasediciləri gözləməyə kömək edə bilər.
Məlumata görə, dronun yeməli olan hissəsi qanadlarıdır - onlar düyü unundan hazırlanır və peçenyelərə bənzəyir. Onlar uçuş zamanı zədələnməmələri üçün folqa ilə sarınır.
Alimlərin fikrincə, belə bir dron hər hansı səbəbdən ərzağa əli çatmayan insanlara effektiv şəkildə yeməklə təmin edəcək. Belə bir dronun göndərilməsi onlara kömək gələnə qədər - əlavə bir və ya iki gün dayanması üçün nəzərdə tutulub.
Tədqiqatçıların sözlərinə görə, qanadsız olandan sonra pilotsuz təyyarə yararsız sayılsa da insan həyatının mümkün xilası üçün bu kiçik qiymətdir.
Hazırda alimlər cihazın konstruksiyasını daha yeməli etmək və ona su çəni əlavə etmək üzərində işləyirlər.
Akif
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

