adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Aprel 2017 14:24
4931
MƏMLƏKƏT

Abşeron gəncləri maarifləndirildi

Azərbaycan Respublikası Prezidenti Yanında GənclərFondunun maliyyə dəstəyi ilə "Yeniləşən Azərbaycan Gəncliyi” ictimai birliyi Abşeronrayonunda "Gənclərin ekoloji mədəniyyətinin artırılmasına təşəbbüs dəstəyi” mövzusunda tədbir keçirmişdir. Tədbiri açıq elan edənictimai birliyin səlahiyyətli nümayəndəsi E.Əsədov bildirmişdir ki, 2010-cu ilAzərbaycan Respublikasının dövlət başçısı tərəfindən "Ekologiya ili"elan olunmuşdur. Cənab İlham Əliyevin "Ekoloji vəziyyətin yaxşılaşdırılmasınadair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" barədə imzaladığı2006-cı il 28 sentyabr tarixli sərəncamı, əlaqədar orqanlarla birlikdə hər birAzərbaycan vətəndaşı üzərinə də böyük öhdəliklər qoyur.

Onu da qeyd edək ki, insanların ekoloji cəhətdənmaarifləndirilməsinin erkən yaşda həyata keçirilməsi olduqca zəruridir. Çünki hərbir gənc cəmiyyətimizin gələcək yetkin fərdinəçevrilərək onun inkişafında mühüm rol oynamaq imkanına malikdir. Elə bu səbəbdəngənclərin ekoloji cəhətdən tərbiyələndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Ekspert Hafiz Quliyev çıxışında bildirmişdir:

"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında"10 dekabr 2002-ci il tarixli dövlət qanunun 7.1-6 maddəsində deyildiyi kimi:"Hər kəsi təbiətə qayğılı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyəetmək" lazımdır.

Bəşəriyyətin müasir inkişaf mərhələsində cəmiyyətlə təbiətarasında münasibətlər daha da kəskinləşmiş, insanları narahat edən ciddi problemləryaradılmışdır. Keçmiş inkişaf mərhələlərində yaranmış ekoloji problemlərin bünövrəsiüzərində kəskinləşən problemlər XX əsrin son onilliklərindən başlayaraq daha dakəskinləşmiş, müasir dövrün qlobal problemlərinə çevrilmişdir. Coğrafı mühit öztəbii vəziyyətini itirərək faciəli hala düşmüşdür. Min illər ərzində insanın qarşılıqlıəlaqədə olduğu təbii mühit öz təsərrüfat fəaliyyətinin nəticəsində əsaslı surətdədəyişdirilmişdir. Nəticədə bütün bəşəriyyəti əhatə edən cəmiyyətin sonrakı fəaliyyətinivə təsərrüfatın inkişafını təhlükədə qoyan problemlər təbii resursların tükənməsivə ətraf-mühitin çirklənməsi kimi problemlər meydana gəlmişdir. Odur ki, XX əsrinsanın təbiətə, onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşəriyyətintarixinə qara səhifə ilə həkk olunub. "Azərbaycan hazırda nadir iqtisadi inkişafdövrünü yaşayır. Ulu öndərimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasınınuğurla həyata keçirilməsi nəticəsində respublikamız artıq regionda lider ölkəyəçevrilmişdir. Xalqımızın təbii sağlam mühitdə yaşaması və təbii sərvətlərdən istifadəsiməsələsi son on ildə Respublika Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindəolmuşdur. Bu baxımdan, aparılan sosial-iqtisadi islahatlar da, ölkəmizin ekolojidurumunun gündən-günə yaxşılaşdırılması istiqamətində atılan addımlar da həmin xüsusidiqqət və qayğının bariz nümunəsidir.