adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Iyul 2018 17:12
17714
SİYASƏT

ABŞ-dan Türkiyəyə qarşı qara piar

TürkiyəABŞ münasibətlərində müəyyən gərginlik hiss olunmaqdadır. Rusiya Türkiyəyaxınlaşmasından qorxuya düşən ABŞ qardaş ölkəni sanksiyalarla hədələyir. Artıqməısələ siyasi müstəvidə müzakirəyə çıxarılıb. Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan məsələyə sərt reaksiya verib. O ABŞ-ın bu addımını qeyri demokratikadlandırıb. Onu da qeyd edək ki, TürkiyəPrezident Administrasiyası bu yöndə bəyanatyayıb. Bəyanatda qeyd olunub ki, ABŞ Türkiyənin ünvanına təhdidlər səsləndirməkləheç nəyə nail olmayacaq. Qeyd olunub ki, Türkiyə demokratik ölkədir və ABŞ-danonun qanunlarına hörmət etməyi tələb edir: "ABŞ hələ də FETÖ terrortəşkilatının lideri Fəthullah Gülənin ekstradisiyası ilə bağlı addımatmayıb".

"Vaşinqton işi korladı

Məsələyə münasibət bildirən politoloq ElxanŞahinoğlu deyir ki, Amerika prezidentivə viste-prezidenti indi də Türkiyəni və şəxsən Ərdoğanı təhdid edirlər, keçmişmüttəfiqini sanksiyalarla hədələyirlər: "Vaşinqtona görə PKK və Gülən şəbəkəsiilə əlaqəsi olan rahib Endryü Branson Türkiyə həbsxanasından ev həbsinə deyil,birbaşa azadlığa buraxılmalıydı. Ankara bəlkə də Bransonu bir az ev həbsindəsaxladıqdan sonra tamamilə sərbəst buraxardı, ancaq Vaşinqton məsələniqəlizləşdirdi. Ərdoğan prezident Donald Trampın və vitse-prezident Mayk Pensin hədəsindən sonra rahibisərbəst buraxsa zəif duruma düşəcək. Xarizmatik Ərdoğan buna getməz. ƏslindəAnkara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan FətullahGülənlə dəyişmək istəyirdi. Alınmadı. Türkiyə Güləni istədikdə Amerikanıncavabı belə oldu: "məhkəmənin qərarına tabeyik". İndi Amerika rahibiistədikdə Türkiyə də eyni sözü deyir: "məhkəmənin qərarına tabeyik".Ancaq Amerika Türkiyə üçün məhkəmə hüququnu tanımır və tələb edir: "Rahibiburaxmalısan!". Vaşinqton zor dilinə keçib, diplomatiyadan əsər-əlamətqalmayıb.

Politolqoqeyd edib ki, hər halda Ankara bir yolla rahibi evinəgöndərmək istəyərkən Vaşinqton işi korladı, bəlkə də qəsdən Ankara iləmünasibətlərin gərginləşməsinə getdilər. Çünki bir gün əvvəl Ərdoğan demişdiki, Amerika istəyir deyə İrana qarşı sanksiyalara qoşulmayacaq, qonşu dövlətləsiyasi və iqtisadi təmaslarına davam edəcək. Üstəgəl bu gün Cənubi AfrikaRespublikasında (bu ölkədə BRİKS ölkələrinin zirvə toplantısı keçirilir)rusiyalı həmkarı Vladimir Putinlə görüşən Ərdoğan böyük ehtimalla Amerikanınəzərdə tutaraq belə bir ifadə işlətdi: "Bizim münasibətləri pozmaq istəyənlərvar”. Amerika bugünkü siyasəti ilə bilərəkdən və ya bilməyərəkdən Türkiyənidaha çox Rusiyaya yaxınlaşdırır. Dərd (oxu: sanksiyalar) iki ölkəni bir-birinəyaxınlaşdırır.

"Sanksiyalar iki ölkə arasında olanmünasibətlərinə zərər gətirəcək”

Politoloq Qabil Hüseynli isə hesab edirki, ABŞ-ın Türkiyəyə qarşı qəbul edəcəyi sanksiya iki ölkə arasında olanmünasibətlərə zərər gətirəcək. Qabil Hüseynli onu da bildirib ki ABŞ-ın Türkiyəyə qarşı hərhansı bir dağıdıcı mexanizminin olması inandırıcı deyil: "Ümumiyyətlə, Rusiya politoloqlarından başqa belə bir proqnoz verən yoxdur. ABŞ-la Türkiyə tərəfdaşdır və NATOblokunda bir yerdədirlər. İrana qarşı müəyyən addımların atılması, sanksiyaların tətbiq olunması gözlənilən idi. Ancaq Türkiyəyə qarşı belə biriddialar yoxdur. Hazırda Rusiya Türkiyə ilə əlaqələri daha da möhkəmləndirməyə çalışır. Təbiiki, bu da Vaşionqtonu razı sala bilməz. Ancaq bütün hallarda ABŞ-ın Türkiyəyə qarşı hərhansı bir dağıdıcı mexanizminin olması inandırıcı deyil”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə bildirib ki, Duqin vəziyyətdən çıxış yolu kimi Rusiya-Türkiyə-İran-Çin birliyinin möhkəmləndirilməsini ön plana sürür:

"Ancaq hesab edirəm ki, Türkiyə NATO ilə əlaqələrini sıxlaşdırmalı, ABŞ-la münasibətlərinin istiləşməsi üçün səy göstərməlidir. Türkiyənin özündə də yürüdülən siyasətlə bağlı ciddi əndişələr var. Türkiyə hələ o vəziyyətə gəlməyib ki, Duqin kimilər Ankaranın necə siyasət yürüdəcəyi barədə öyüd-nəsihət versinlər. Türkiyəyə qarşı hərhansı təhdid müsbət sonluq vəd etmir”.

Ədil Ədilzadə