ABŞ-da təyyarə qəzası - Ölənlər var
ABŞ-ın Oklahoma ştatında kiçik tutumlu təyyarə qəzaya uğrayıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 6 nəfər həlak olub. Ölənlərin kimliyi və qəzanın səbəbi hələlik açıqlanmayıb.