ABŞ-da naməlum şəxs avtomobili polislərin üzərinə sürüb
ABŞ-ın Baffalo şəhərində davam edən etiraz aksiyaları zamanı naməlum şəxs avtomobili polislərin üzərinə sürüb.
Trend-in məlumatına görə, insident nəticəsində iki polis əməkdaşı ağır xəsarət alıb.
Həmin şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları aparılır. Polis əməkdaşları xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın Minneapolis ştatında qaradərili Corc Floydun öldürülməsi ilə etiraz aksiyaları davam edir. Ölkə Prezidenti Donald Tramp iğtişaşların qeydə alındığı şəhərlərə zirehli texnika göndərəcəyini bildirib.