adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2019 16:38
25116
DÜNYA

ABŞ TÜRKİYƏNİ NATO-dan ÇIXARMAQLA HƏDƏLƏYİR

Türkiyəxarici işlər naziri Mövlud Çavuşoğlu «RİA-Novosti»yə verdiyi məlumatda bəyan edibki, rəsmi Ankara ABŞ-ın bu ölkəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin verilməsindən imtina edərsə,Türkiyə eyni nəsildən olan bu tip təyyarələri başqa ölkələrdən alacaq.

VaşinqtonTürkiyənin Rusiyadan S-400 zenit raket komplekslərininalması ilə bağlı Ankaraya F-35 təyyarələriniverməyəcəyi ilə hədələyib. Bu günlərdə KİV-lərdəyayılan xəbərlərə görə, Türkiyə belə olan halda Rusiyanın Su-57təyyarələrini alacaq.

«Biznəyə görə S-400 raketlərini alırıq? Ona görə ki, bizim təcili olaraq havadan müdafiəsistemlərinə ehtiyacımız var. Biz F-35 təyyarələrininistehsalı layihəsinin iştirakçılarıyıq. Buna görə lazım olan maliyyə vəsaiti dəödəmişik. Hazırda bu məsələ ilə bağlı heç bir problem yoxdu. Lakin vəziyyət ən pis ssenari ilə davam edəcəksə, biz bu sahədəki tələbatlarımızıbizə daha yaxşı texnologiya təqdim edən başqa ölkədən ödəyəcəyik»- deyə Çavuşoğluməsələyə aydınlıq gətirib.

TürkiyəXİN-in rəhbəri əlavə edib ki, rəsmi Ankara Rusiya və ABŞ-la münasibətlərində kifayət qədər açıq siyasət aparır.

S-400-lərətrafında yaranan mübahisələr Vaşinqtonun Türkiyəni NATO-dan çıxarılması hədələri ilə davam etməkdədi. Çavuşoğluisə bunu «real olmayan ssenari» adlandırıb. «Alyansın tərkibində bütün qərarlarmütləq səslə qəbul olunur. Əgər Türkiyə NATO-nun üzvü kimi «yox» deyərsə, onun Alyansdan çıxarılmasıqeyri-mümkündur».

MehribanCƏFƏROVA