ABŞ: Təkcə bir ştatımız Rusiyadan böyükdür
Əgər Texas müstəqil olsaydı, onun iqtisadiyyatı dünyanın ən böyük 12-ci iqtisadiyyatı olardı və nəticədə Rusiyanı qabaqlayardı.
Adalet.az xəbər verir ki, bunu Ər-Riyaddakı Gələcək İnvestisiya Təşəbbüsləri Forumunda çıxışı zamanı ABŞ-ın Energetika naziri Rik Perri deyib.
"Biz atmosferdə böyük çirklənmə yaradan qeyri-effektiv köhnə elektrik stansiyalarından uzaqlaşırıq. Mən Texas qubernatoru olduğum 14 ildə bu keçidi kifayət qədər yaxından izlədim. Bu dövrdə biz atmosferə tullantıların atılmasına real təsir edəcək bəzi işlər gördük. Mən Texasdakı insanlara xatırlatmağı sevirəm ki, əgər biz ayrı ölkə olsaydıq, dünyanın 12-ci ən böyük iqtisadiyyatı olardıq. Bu isə Rusiya iqtisadiyyatından daha böyükdür”, – deyə o bildirib.
Digər Xəbərlər
03 May 2024 15:51
Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI
03 May 2024 11:42