ABŞ səfirliyinə atəş açanların ilkin ifadəsi
ABŞ-ın Ankaradakı səfirliyinə atəş açan iki Türkiyə vətəndaşının istintaqa verdiyi ilkin ifadələr məlum olub.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan Əhməd Çelikten və Osman Gündaş hadisə baş verən gecə həddən artıq spirtli içki qəbul etdiklərini deyiblər. Onlar ifadələrində bildiriblər ki, sərxoş halda səfirliyin önündən keçərkən təsadüfən atəş açıblar.
Adları şəkilən şəxslər hadisə zamanı istifadə etdikləri avtomobilin nömrəsinin görünməməsi üçün led işıqdan istifadə ediblər. Maşının nömrəsini ətrafdakı 200 kameradan yalnız biri vasitəsi ilə müəyyən etmək mümkün olub. Hadisə ilə bağlı indiyədək 42 nəfər dindirilib.
Qeyd edək ki, ötən gün səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. İki nəfər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıb. İnsident nəticəsində xəsarət alan olmayıb. Əhməd Çelikten və Osman Gündaş Ankarada keçirilən xüsusi əməliyyat zamanı tutulub.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29