ABŞ Latın Amerikası ölkələrini KXDR-lə əlaqələri kəsməyə çağırıb
ABŞ Latın Amerikası ölkələrini Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri kəsməyə çağırıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu Çilidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib."Ümid edirik ki, Çili, Braziliya, Meksika və Peru bizə qoşularaq Şimali Koreya ilə diplomatik və kommersiya əlaqələrini kəsəcəklər", deyə M.Pens bildirib.
Ötən həftə ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.
Digər Xəbərlər
29 Aprel 2024 12:52
Ermənistan XİN: Mirzoyan və Bayramov Almatıda görüşəcəklər
29 Aprel 2024 12:42Ali Radanın komitə sədrinin müavini: “Azərbaycana Ukrayna dövləti adından təşəkkür edirəm”
29 Aprel 2024 11:34Prezidentlərin Kremldə kadrarxası görüntüləri - VİDEO
29 Aprel 2024 11:28İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi
29 Aprel 2024 10:14