ABŞ Əfqanıstana əlavə 1000 hərbçi göndərəcək
ABŞ bu ilin yazında Əfqanıstana min nəfərlik əlavə hərbi kontingent göndərməyi planlaşdırır.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bununla da Əfqanıstanda ABŞ hərbçilərinin ümumi sayı 15 min nəfər təşkil edəcək.
Bildirilir ki, ABŞ müdafiə naziri Ceyms Mettis hələlik bu barədə əmr imzalamayıb. Ancaq ABŞ ordusunun hərbi rəhbərliyi bu təşəbbüsü dəstəkləyib. Hazırda Əfqanıstana hansı növ hərbi personalın göndəriləcəyi məsələsi həll olunur.
Məlumata görə, bu təşəbbüs regionda "Taliban" əleyhinə əməliyyatları aktivləşdirməyə yönəlib.
Qeyd edək ki, ABŞ qoşunları Əfqanıstanda 2001-ci ilin oktyabr ayından xidmət edir.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29