adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 09:36
255
DÜNYA

ABŞ Ukraynaya ATACMS raketləri göndərəcək

ABŞ Senatının kəşfiyyat üzrə komitəsinin rəhbəri Mark Uorner bəyan edib ki, Birləşmiş Ştatlar Ukrayna hərbi qüvvələrinə silah, o cümlədən ATACMS taktiki raketlərin göndərilməsinə başlaya bilər.

 "Bizə bidirilib ki, Prezident Co Bayden konqressin bununla bağlı qərar qəbul etdiyindən əmin olduqdan sonra qanun layihəsini imzalayacaq və gələn həftədən bu silhların Ukraynaya göndərilməsinə başlanacaq"- deyə Uorner CBS telekanalına bildirib.

 Komitə rəhbəri qeyd edib ki, kömək paketinə uzaq məsafəli silahlar, o cümlədən ATACMS taktiki raketləri daxildir. Uorner əlavə edib ki, ABŞ öz ordusundan istifadə etməməklə, müdafiə büdcəsinin yalnız 3 faizindən istifadə edərək Rusiya ilə mübarizə aparır.

 Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xəbərdarlıq edib ki, Rusiyaya qarşı hibrit müharibə aparan amerikan rəhbərliyi, Əfqanıstanda və Vyetnamda olduğu kimi alçaldıcı fiaskoyla qarşlaşacaq. Zaxarovanın sözlərinə görə, Ağ Ev, Kiyevin son ukraynalı qalanadək döyüşməsinə, Rusiyanın mülki obyektlətinə hücumlar təşkil etməsinə, diversiyalar törətməsinə və jurnalistlərin qətlə yetirilməsinə nail olmaq istəyir. 

  The New York Times qəzeti, ABŞ-ın müdafiə nazirliyinin nümayəndəsi, general Patrik Rayderə istinadən yazır ki, prezident Co Bayden qanun layihəsini imzaladıqdan dərhal sonra, iki gün ərzində silah-sursatlar Ukraynaya çatdırılacaq. Generalın sözlərinə görə, Ukraynaya göndərilməsi nəzərdə tutulan silah-sursatlar Pentaqonun Almaniyadakı hərbi anbarlarında saxlanılır.

  Rüstəm Hacıyev