ABŞ Səudiyyə Ərəbistanına altı "uçan radar" yerləşdirib
ABŞ Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına altı ədəd Boeing E-3C Sentry uzaqdan radiolokasiya aşkarlayıcı və idarəetmə təyyarəsi göndərib.
Adalet.az xəbər verir ki, məlumatı Flightradar24 resursu yayıb.
Bildirilir ki, son iki təyyarə ABŞ-dən transatlantik uçuşdan sonra ötən gün bazaya çatıb. Çinin “MizarVision” peyk məlumatları provayderi də aviabazadan altı təyyarənin göründüyü fotoları dərc edib.
“Boeing E-3C” təyyarəsi havadan komandanlıq və idarəetmə sisteminin əsasını təşkil edir. O, genişmiqyaslı hava əməliyyatlarını idarə etməyə, qırıcı və yanacaqdaşıyan təyyarələrin hərəkətlərini əlaqələndirməyə, eləcə də yüzlərlə kilometr məsafədə hava hədəfləri barədə erkən xəbərdarlıq etməyə qadirdir. Analitiklər bu təyyarələrin bölgəyə yerləşdirilməsini ABŞ-nin Yaxın Şərqdə, xüsusilə İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlığının mühüm mərhələsi kimi qiymətləndirirlər.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

