adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2024 20:27
334
DÜNYA

ABŞ Kalından kömək istədi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalına zəng edib.

Adalet.az xəbər verir ki, bu barədə TRT kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telefon danışığı Ramazan bayramı günlərində baş tutub. Məlumata görə, Börns Kalından İran-İsrail gərginliyində vasitəçi olmasını istəyib.

Onlar Qəzzada atəşkəs barədə də fikir mübadiləsi aparıblar.

Kalın amerikalı həmkarı ilə görüşündən sonra HƏMAS-la danışıqlar aparıb.