07 May 2025 09:10
140
DÜNYA

"ABŞ husilərə zərbə endirməyi dayandırır"

ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Mark Karni ilə görüşdə bəyan edib ki, Vaşinqton  hərbi əməliyyatları dayandırdıqlarını elan edən Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına zərbələr endirməyi datandırır.

 "Ötən gecə çox yaxşı xəbərlər gəldi. Husilər bildiriblər ki, daha döyüşmık istəmirlər, bundan sonra xarici gəmilərə hücumlar edilməyəcək. Biz onların bu qərarına hörmətlə yanaşırıq və onların fəaliyyət göstərdikləri əraziləri bombalamayacağıq"- deyə ameriksn lideri bildirib.

 Rüstəm Hacıyev