ABŞ hərbçilərini Ermənistana yerləşdirir - VİDEO
Avqustun 2 və 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Ermənistanın Zvartnots hava limanına enib.
Adalet.az "Caliber"ə istinadən xəbər verir ki, “Boeing C-17” hərbi yük təyyarələrində İrandan atılan raketlərin və digər təyyarələrin trayektoriyasını izləyən xüsusi alətlərin daxil olduğu hərbi yüklərlə yanaşı, Ermənistana bu texnikaya nəzarət edəcək şəxsi heyət də gətirilib.
Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə diqqət çəkməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları, həmçinin Postsovet ölkələrindən ABŞ-yə köçmüş slavyan və qafqazlı görünüşlü şəxslərdir.
Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
ABŞ-nin Ermənistandakı səfirliyi Zəngəzura amerikan hərbçilərinin yeridilməsi ilə bağlı məlumatı cavablandırmağa tələsərək “Birləşmiş Ştatlar və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş 2024” təlimi iyulun 24-də uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib” deyə bildirmişdi.
Lakin "Eagle Partner 2024" iyulun 15-dən 24-dək Ermənistanda baş tutub. Amma avqustun əvvəlində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Ermənistana gəlib. Yəni, səfirlik tamamilə mövzudan kənar reaksiya verib.
Ətraflı videomaterialda:
Digər Xəbərlər
20 Sentyabr 2026 18:46
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
20 Sentyabr 2026 16:02
Rusiyada ayı 2 nəfəri parçaladı
20 Sentyabr 2026 14:10
İran Hörmüzlə bağlı son qərarını açıqladı
20 Sentyabr 2026 13:36
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10


Bakı -°C

