ABŞ fikirləşənəcən Rusiya "arxı vurub keçəcək"

ABŞ -ın bir qrup demokrat senatoru Ukrayna ətrafında vəziyyətin qarışacağı halda, Rusiyaya qarşı yeni sanksiyalar layihəsi paketini senata təqdim eməyə hazırlaşır. Yeni sanksiyala təklifi Nyu-Cersi ştatının demokrat senatoru Menendes verib. O, bu layihəni " bütün sanksiyaların anası" adlandırıb.
Senatorlar başqa layihələr də təqdim ediblər. Lakin bu təkliflərin çoxu Menendesin təkliflərini təkrarlayır. Demokrat senatorun layihəsi Ukrayna ətrafında gərginlik baş verəcəyi hal üçün nəzərdə tutulub. Respublikaçıların layihəsində isə sanksiyaların vəziyyətin inkişafından asılı olmayaraq tədbiq olunması təklif olunub.
Menendesin təklif etdiyi layihədə RF-nın rəhbər işçilərinə və o cümlədən şəxsən Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiylar tədbiq edilməsi nəzərdə tutulur. 2021-ci ildə Menendesin bu təklifi respublikaçılar tərəfindən bloklandığı üçün qəbul edilməmişdi. Hazırda da bu təşəbbüsün qəbul edilməsində çətinliklər var.
"Menendes layihənin bu həftə müzakirəyə çıxarılacağına ümid edirdi. Lakin havaların sərtləşməsi və koronavirusun "omikon" ştammının sürətlə yayılması, onun planlarını alt-üst edib"- deyə yayıkan məlumatda bildirilir.
Qeyd olunur ki, "qum saatında qum azalır", senatirlar Rusiyaya qarşı tədbir görməkdə çətinlik çəkirlər. Bundan başqa senatın qrafiki də problemlər yaradır.
Deyəsən ABŞ "demokratik baryerlərdən" keçənəcən, Rusiya "arxı vurub keçəcək".
Rüstəm Hacıyev
Digər Xəbərlər

Amerika Zəngəzur dəhlizini yüz illik icarəyə götürməyi təklif etdi

Yenə Rusiyaya görə çağırışlar etdi

"Azərbaycanla sülh müqaviləsi düşmənçiliyə son qoyacaq" - Leyen
