ABŞ Ermənistana sevgisini sübut etdi: Yardımı 120 milyondan 250 milyon dollara qaldırdı
ABŞ hökuməti Ermənistana ayrılan maliyyələşmə həddini iki dəfə artırır
Adalet.az xəbər verir ki, Ermənistan Baş nazir vəzifəsini icra edən Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan missiyasının direktoru Con Alelo Ermənistan və ABŞ arasında inkişaf əməkdaşlığı qrant sazişinə düzəliş imzalayıblar.
Məlumatı erməni mediası yayıb
Bildirilir ki, USAID sazişi çərçivəsində nəzərdə tutulan məbləğin həddi iki dəfədən çox artırılaraq 120 milyon dollardan 250 milyon dollara çatdırılır, həmçinin birgə layihələrin sahələri genişləndirilir.
Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
Xatırladaq ki, bu ilin aprelində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirdi ki, Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq:" O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: “Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq, eyni zamanda, Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik".
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

