28 Iyul 2025 10:34
137
DÜNYA

ABŞ-dən Zelenskiyə xəbərdarlıq

Ukrayna lideri Volodimir Zelenski təcili olaraq Ukraynada Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı etirazlar fonunda öz prezidentliyini “xilas etməlidir”.

Adalet.az xəbər verir ki,  bu  barədə "Bloomberg" nəşri yazıb. 

"Volodimir Zelenski öz prezidentliyini xilas etməlidir. Korrupsiya ilə mübarizə aparmaması onun bir vaxtlar qəhrəmanlıq imicini sarsıdıb", - nəşrin bəyanatında deyilir.

Qeyd olunur ki, Zelenskinin Ukraynanın antikorrupsiya orqanlarına müstəqilliyini qaytarmaq qərarı Ukrayna lideri üçün “potensial fəlakətin” qarşısını alır.