Abramyan: "Regionda hegemonların qarşıdurması Ermənistan üçün təhlükədir"

"Hegemon dövlətlərin maraqları regionda qarşıdurma yarada, Ermənistanı əhatə edən situasiyaların kəskin dəyişməsinə səbəb ola bilər".
Adalet.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb:"Aradan keçən bir neçə gün fərqlə ABŞ dövlət katibi və Rusiya müdafiə naziri Ermənistan ətrafındakı vəziyyətlə bağlı çıxış ediblər. Əvvəla, dövlət katibi Rubio ABŞ Konqresində Azərbaycan və Ermənistan arasında real münaqişə riskinin qaldığını bildirib və əlavə edib ki, ABŞ bunun qarşısını almağa çalışır.
Bir neçə gün sonra Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sünik (Zəngəzur) ətrafında yaranan gərginlikdən danışıb.
Bu bəyanatlar, ilk növbədə, son aylarda xaricdən verilən bəyanatların, bir qayda olaraq, nikbinlik və Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə həlli ilə bağlı olması baxımından maraqlı idi.
Yuxarıdakı iki ifadəni verən insanlar təsadüfi şəxslər deyillər; üstəlik, onlar bizim regiondakı hərbi-siyasi vəziyyəti ətraflı bilən fövqəlgücləri təmsil edirlər.
“Bu bəyanatların nədən qaynaqlandığına gəlincə, mən hesab edirəm ki, bu, təkcə danışıqlar prosesində mövcud vəziyyətlə deyil, həm də regionda böyük güclər arasında situasiyanın kəskin dəyişməsinə səbəb ola biləcək qarşıdurma ilə bağlıdır”, - o yazıb.
Xatırladaq ki, ötən il Ermənistanda başda ABŞ-Fransa olmaqla təlimlər adı altında gələn ABŞ hərbçilərinin bir çoxunun Ermənistanı tərk etmədiyi iddia edilir. Bundan başqa, Fransa və Avropa İttifaqının müdafiə xərcləri adı altında Ermənistana verdiyi maddi dəstək də diqqət çəkir.
Bir çox ekspert iddia edir ki, Qərbin Ermənistana təsiri sırf Rusiyanın bu ölkədəki təsirinin azaldılması ilə bağlıdır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Hakan Fidan Ukraynanın müdafiə naziri ilə müzakirə APARDI

Ərdoğan-Tramp-Putin-Zelenski görüşü keçirilə bilər

Fahreddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi

Bu ölkədə meymunçiçəyi virusuna görə tədbirlər görülür

İsrail və HƏMAS arasında TARİXİ RAZILAŞMA

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
